XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2016 - 18:39

Rövnəq Abdullayev “TEKFEN”rəhbərliyini qəbul edib

“TEKFEN” şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, bunu şirkətin prezidenti Rövnəq Abdullayev noyabrın 12-də “TEKFEN Holding”in yaradılmasının 60-cı ildönümü münasibətilə holdinqin idarə heyətinin sədri Murat Gigin və “TEKFEN İnşaat”ın prezidenti Levent Kafkaslı ilə keçirdiyi görüşdə deyib.

“TEKFEN” şirkətinin təkcə Türkiyədə deyil, bütün türk dünyasında və dünya miqyasında tanındığını söyləyən R.Abdullayev şirkətin Azərbaycanda da uğurla fəaliyyət göstərdiyini qeyd edib. 20 il bundan əvvəl Azərbaycanda fəaliyyətə başlamış “TEKFEN”in həyata keçirdiyi layihələrdən danışan M.Gigin və L.Kafkaslı bu dövrdə daim SOCAR-ın qayğı və dəstəyini gördüklərini söyləyiblər.

SOCAR-ın prezidenti “TEKFEN Holding”in yaradılmasının 60-cı ildönümü münasibətilə onları təbrik edib, holdinqin əmək kollektivinə gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayıb.