XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2016 - 23:54

“Valyuta ilə olan kreditlərə güzəşt tətbiqinə büdcədən əlavə vəsait ayrılmalıdır” –Qubad İbadoğlu

qubad-ibadoqlu-88

"2015-ci ilin dekabrında idarə olunan üzən məzənnə rejiminə keçidi elan edən Mərkəzi Bank ötən dövrdə məzənnənin hədəflənməsi rejimi ilə valyuta məzənnəsini əvvəlcədən elan edilən həddə saxlamaqla, xeyli vaxt itkisinə yol verib". 

Strateq.az xəbər verir ki, bu fikirləri tanınmış iqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu özünün facebook statusunda yazıb.

Q.İbadoğlunun fikrincə, hazırda həyata keçirilən idarəolunan üzən məzənnə rejimi daha düzgün tənzimlənmə metodu sayıla bilər: “Bu rejimdə valyutaya olan tələbatda müşahidə olunacaq artım manatın ucuzlaşmasını şərtləndirməsinə baxmayaraq, Mərkəzi Bankın başqa alternativi qalmayıb". 

Q.İbadoğlu xatırladıb ki, Mərkəzi Bank valyuta təklifinin aşağı olduğu dövrlərdə manatın məzənnəsinin sabitləşdirilməsinə 1992-1995-ci illərdə üzən məzənnə rejiminin, 1996-2008-ci illərdə sürüşkən bağlılıq məzənnə rejiminin tətbiqi vasitəsilə nail olub: "Nəzəri olaraq üzən məzənnə rejimində nominal effektiv məzənnənin ucuzlaşması idxal qiymətlərini bahalaşdırmaqla bir tərəfdən ixracatı stimullaşdırır, digər tərəfdən isə pula tələbi artırmaqla inflyasiya tempini də yüksəldir”. 

Qubad İbadoğlunun fikrincə, bu vəziyətdə valyuta ilə kreditlərə görə məzənnə fərqinin böyüməsindən artan xərclər onun vaxtında və tam şəkildə qaytarılmasını daha da çətinləşdirir: “Beləliklə də hazırda yüksələn inflyasiya iqtisadiyyatın və artan problemli kreditlər isə maliyyə-bank sektorunun əsas çətinliklərinə çevrilib. Odur ki, inflyasiyanın hədəflənməsi ilə yanaşı, onun yaratdığı xərclərin kompensasiya olunması üçün məvaciblərin, müavinətlərin indeksləşdirilməsinə, pensiyaların baza hissəsinin artırılmasına, eləcə də valyuta ilə olan kreditlərə güzəştlərin tətbiqinə 2017-ci ilin dövlət büdcəsindən əlavə vəsaitlər ayrılmalıdır. Hesab edirəm ki, bu məsələlər parlamentdə gözlənilən növbəti ilin büdcə layihəsinin müzakirəsində diqqət mərkəzində olmalıdır".