XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

14 Noyabr 2016 - 09:37

Dollar bahalaşdı-Bu günə olan rəsmi məzənnə

dollar

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 11-i ilə müqayisədə 0,5% möhkəmlənərək 1,6954 manata çatıb.

 Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,5% zəifləyərək 1,8307 manat olub.

 Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,38% ucuzlaşaraq 0,0259 manata enib.

 Türkiyə lirəsinin məzənnəsi isə 0,3% möhkəmlənərək 0,5203 manat təşkil edib.

 Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1301 manatdır. Beləliklə, funt sterlinq 1,52%-lik artım nümayiş etdirib.

 Gürcüstan larisinin məzənnəsi 1% bahalaşaraq 0,6864 manat olub.