XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

14 Noyabr 2016 - 10:50

Rusiyanın kino şirkəti Beynəlxaq Banka borcludur –"Aqrarkredit" şirkətin səhmdarı oldu

bank beynelx

Rusiyalı kinoprodüser Aleksandr Rodnyanskiyə məxsur "Non-Stop Production" şirkətinin səhmlərinin 49%-i Lüksemburqun "Excalibur" şirkətinə satılıb.

"APA-Economics" "Kommersant" qəzetinə istinadən xəbər verir ki, "Excalibur" "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) problemli kreditlərini idarə edən "Aqrarkredit" QSC-yə məxsusdur.

 Rusiya şirkəti ABB-dən kredit götürüb.

 "Aqrarkredit" QSC-nin əsas məqsədi problemli kreditlərin effektiv şəkildə  qaytarılmasıdır. Bunun üçün QSC "Vertikal Kapital" şirkəti ilə müqavilə imzalayıb. Sonuncu artıq A. Rodnyanskiyə etirazını rəsmi qaydada bildirib. A. Rodnyanskinin "Aqrarkredit"ə 4 mln. dollar və 290 mln. rubl borcu var. "Vertikal Kapital"ın açıqlamasına əsasən, prodüserin şirkəti ABB-nin Rusiyadakı törəməsi olan "ABB-Moskva" qarşısındakı öhdəliyini yerinə yetirməkdə də çətinlik çəkir.

 "Excalibur" şirkətinin investisiya tərəfdaşı olan "AR Films"in rəhbəri Fyodor Petrov bildirib ki, onun şirkətin "ABB-Moskva" ilə bir sıra kredit müqaviləsi var. Müqavilələrin ümumi dəyəri 4 mln. dollardır.