XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

14 Noyabr 2016 - 11:57

Beynəlxaq ekspertlərdən bədbin proqnoz:Neft yenə ucuzlaşacaq, 40 dollara düşəcək

neft era

Neftin qiyməti İranın hasilatı artırması, ABŞ-da isə aktiv neft quyularının sayının fevral ayından indiyədək ən yüksək səviyyəyə çatması və bununla əlaqədar olaraq qlobal təklif çoxluğunun davam edəcəyi proqnozları fonunda yeni həftəyə itkilərlə başlayıb.

 

İranda neft istehsalı üç yataqda proqnozlardan daha çox artıb. İranın Neft Nazirliyi ölkənin qərbindəki üç neft yatağında hasilatın 2013-cü ildəki gündəlik 65 min barreldən hazırda 250 min barrel səviyyəsinə çatdığını açıqlayıb. (Azərtac)

Səudiyyə Ərəbistanı isə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) bazarda sabitliyi bərpa etmək məqsədilə hasilatın məhdudlaşdırılması barədə razılığa gəlməsinin zəruriliyi bildirib.

“Baker Hughes” jurnalının açıqladığı məlumatlara görə, artan məhsuldarlıq istehsalçılara neft axtarışı fəaliyyətlərini genişləndirmək imkanı yaradır. Həmçinin bildirilir ki, ABŞ-da aktiv neft quyularının sayının may ayından indiyədək 130-dan çox artıb.

OPEC-in noyabrın 30-da hasilatın məhdudlaşdırılması razılaşmasının icrası üzrə keçirəcəyi yığıncağının müvəffəqiyyətsiz olacağı ilə bağlı narahatlıqlar isə davam edir. Bu proseslər fonunda neftin qiyməti son 3,5 həftədə 52 dollar/barrel səviyyəsindən ucuzlaşaraq hazırda 43-44 dollar/barrelə geriləyib.

Beynəlxalq Enerji Agentliyi (IEA) isə OPEC-in hər kəsin işinə yarayacaq formada hasilatı məhdudlaşdırmayacağı təqdirdə bazarda qlobal neft təklifinin artmaqda davam edəcəyini açıqlayıb.

Analitiklər OPEC-in istehsalı məhdudlaşdırmaqla bağlı razılığa gəlib-gəlməyəcəyinə şübhə duyurlar. Mütəxəssislər isə OPEC tərəfindən hər hansı bir addım atılmayacağı təqdirdə bazarda neftin qiymətinin 40 dollar/barrelə geriləyəcəyini proqnozlaşdırırlar.