XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2016 - 16:26

Asiya İnkişaf Bankı “Şahdəniz”ə 1 milyard ayıracaq –Açıqlama

asiya bank

Asiya İnkişaf Bankının (Asian Development Bank, ADB) "Şahdəniz" layihəsi üçün təqdim etdiyi 1 milyard dollar həcmində kredit tezliklə təsdiq oluna bilər.

Bunu bu gün Bakıda keçirdiyi mətbuat konfransında ADB-nin vitse-prezidenti Vençay Zanq deyib.

Onun sözlərinə görə, hal-hazırda bankın Direktorlar Şurası tərəfindən layihəyə baxılır: "Layihəyə bu qiymət təklif edilərkən biz ətraflı araşdırma aparmışıq. Ümid edirik ki, Şura krediti təsdiqləyəcək. Şura tərəfindən ratifikasiyanın noyabrın sonu – dekabrın əvvəlində gerçəkləşdirilməsi gözlənilir. Biz bunu səbirsizliklə gözləyirik".

APA