XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2016 - 21:19

Devalvasiya Gömrük Komitəsinə düşüb –Planı artıqlaması ilə yerinə yetirib

dgk-1

İlin başa çatmasına ayyarım qalmış Dövlət Gömrük Komitəsi (DGK) illik planı artıqlaması ilə yerinə yetirib. Təkcə oktyabr ayında 183,1 milyon manat toplanıb.

Komitənin noyabrın 15-də açıqladığı məlumata görə, bu ilin 10 ayında qurum dövlət büdcəsinə 1 milyard 837 milyon manat vergi və rüsum toplayıb. İllik plan bundan 27 milyon manat az idi.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə gömrükçülər 46 faiz daha çox vəsait toplayıblar. Səbəb – devalvasiyadır. Dollarla hesablanıb, manatla ödənilən gömrük vergi və rüsumları sayəsində komitə planı asanlıqla yerinə yetirib.

Gələn ilin dövlət büdcəsi layihəsində DGK-ya 2,2 milyard manatlıq plan müəyyənləşdirilməsi nəzərdə tutulur. Bir çox ekspertin fikrincə, idxal həcmi azalmayacaqsa, gömrükçülərin bu hədəfə çatması çətin olmayacaq.

Hökumət 15 illik fasilədən sonra bəzi mallara (mis və dəri) ixrac rüsumu tətbiq etməyə başlayıb, bəzi məhsullarınsa idxal vergisi artırılıb. Həmin siyahını genişləndiriləcəyi gözlənilir.

Azadliqradiosu.az