Razılaşma hər iki dövlət üçün sərfəli olacaq
çin 2015-ci il müddətində İsraillə azad ticarət barədə danışıqlara başlayacaq.
Strateq.az İsdrail KİV-ə əsasən bildirir ki, bu barədə çin ticarət nazirliyi mətbuat xidmətinin katibi Şen Dan-Yanq məlumat verib.
Onun sözlərinə görə, hər iki tərəf belə razılaşmanın məqsədəuyğunluğu üzrə hazırlıq işlərini başa çatdırıb və eyni nəticəyə gəlib – razılaşma hər iki dövlət üçün sərfəli olacaq.
çXR ticarət nazirliyinin təmsilçisi qeyd edib ki, İsrail çinin Yaxın Şərqdə dirçəltdiyi İpək Yolunda önəmli iqtisadi və ticari tərəfdaşdır.