XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2016 - 10:45

Bu il Azərbaycanda 34,7 milyon tonneft hasil edilib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 34 milyon 718,5 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 24 milyard 609,9 milyon kubmetr təbii qaz hasil olunub. Həmin dövrdə əmtəəlik təbii qazın hasilatı isə 15 milyard 490,7 milyon kubmetr təşkil edib.

Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, on ayda ölkədə neft hasilatı 0,8 faiz, qaz hasilatı isə 5 faiz azalıb. Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanın mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 17,1 milyard manat olmaqla 2015-ci ilin müvafiq dövrünə nisbətdə 0,2 faiz azalıb.