XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Noyabr 2016 - 12:31

Azərbaycanda təbii qaz ehtiyatlarının3,3%-i itkiyə gedir

Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 15,9 mlrd. kubmetr əmtəəlik təbii qaz ehtiyatları olub, onun 87,8%-i hasilatın, 12,2%-i isə ilin əvvəlinə mövcud olan ehtiyatın hesabına formalaşıb.
 
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, təbii qaz ehtiyatlarının 42,9%-i ölkə daxilində istehlak edilib, 36,2%-i ixrac olunub, 3,3%-i itkilər təşkil edib, 17,6%-i isə oktyabr ayının əvvəlinə ehtiyat kimi qalıb.

Cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 1 mlrd. 581 mln. kVt/saat elektrik və 129,2 min Q.kalori istilik enerjisindən, 95,1 mln. kubmetr təbii qazdan istifadə edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisindən 13%, istilik enerjisindən 5,6% çox, təbii qazdan isə 0,1% az istifadə edilib.