XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2016 - 21:07

“Dollar ciddi dəyər qazanmaqda davam edəcək” –Vüqar Bayramov

Vüqar

Dünya bazarında dollar digər bir sıra əsas valyutalara qarşı möhkəmlənməkdə davam etməkdədir. Bu ayın əvvəllərində 1.114 dollara dəyişdirilən avro bu gün 1.069-dək dəyər itirib.

Bu isə o deməkdir ki, son günlər avro dollara nisbətən 4 faizdən çox ucuzlaşıb.

Strateq.az xəbər verir ki, bununla bağlı açıqlama verən iqtisadçı Vüqar Bayramovun sözlərinə görə, belə qısa müddətdə baş verən proses Avropa pulu üçün ciddi enişdir:

"Xatırladım ki, bu gün "Bloomberg" agentliyi gələn ay Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsinin artırması ehtimalının 94 faizədək yüksəldiyini açıqlayıb. Bu, il ərzində qeydə alınan ən yüksək ehtimaldır. FES-in uçot dərəcəsini artaracağı halda isə, dollar əksər valyutalara qarşı ciddi dəyər qazanmaqda davam edəcək".