XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2016 - 22:27

Çin fond birjasi 2003-dən bu yana16 dəfə artıb

Dollar

Dünya fond birjalarının məcmu kapitallaşması 2003-cü ildən etibarən 2,3 dəfə artaraq 65,6 trln. ABŞ dolları təşkil edib. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu dövr ərzində kapitallaşması ən çox artım göstərən 1479%-lə Çin fond birjası olub.

Belə ki, Çin fond birjası 2003-cü ildə 418 mlrd. dollar kapitallaşmaya sahib idisə, hazırda bu göstərici 6,6 trln. dollara bərabərdir. 

Kapitallaşması ən çox artan ikinci birja isə Hindistanındır. On üç il ərzində Hindistan fond birjasının kapitallaşması 7,3 dəfə artaraq 1,7 trln. dollara çatıb. Çin bu göstərici üzrə son 13 il ərzində bütün Avropa ölkələrini və Yaponiyanı ötüb. Hazırda Çin fond birjalarının kapitallaşması Fransa, Almaniya, İsveçrə fond birjalarının ümumi dəyərindən çoxdur.

Ən yüksək kapitallaşma isə ABŞ fond birjalarındadır. Onların kapitallaşması son 13 il ərzində 87% artaraq 23,8 trln. dollar təşkil edib.
Fond birjalarının ümumi kapitallaşmasında xüsusi çəkisinə görə də ABŞ 36,3%-lə liderdir. 2003-cü ildə isə ABŞ-ın məcmu kapitallaşmada xüsusi çəkis 45,2% olub.

Çin isə məcmu kapitallaşmada xüsus çəkisini 1,5%-dən 10,1%-ə yüksəldərək 2-ci sıraya yerləşib. Həmçinin Hindistan payını 0,8%-dən 2,6%-ə çatdıraraq 9-cu sırada yer alıb. Avropa ölkələrinin payı isə getdikcə azalmağa davam edir.