XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

17 Noyabr 2016 - 10:37

Neft Fondu bu il nə qədər pul qazanıb? –CƏDVƏL

neft era

2016-cı ilin yanvar-oktyabr aylarının yekunlarına görə Azərbaycan Rüspublikası Dövlət Neft Fondunun (ARDNF) “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində gəlirləri 4 mlrd 21 mln dollar təşkil edib.

Bu barədə Turana Neft Fondundan məlumat verilib.

Oktyabr ayında Azərbaycanın mənfəət nefti cəmi 359 mln dollar təşkil edib. Özü də belə mənfəəti xammalın orta ixrac qiyməti 51,35 dollar olanda götürüb. Baxmayaraq ki, iyul və avqust aylarında qiymət 47 dollar olanda müvafiq olaraq 465 mln və 564 mln dollar əldə edib. Ancaq oktyabrda Neft Fondunun hesabına əsasən sentyabrda satılan neft gəlir. Həmin ayda 12 günlüyə “Dərin sulu Günəşli” hasilat platforması dayandırılmışdı. Ona görə də neftin qiymətinin artmasına baxmayaraq ARDNF-nun AÇG çərçivəsində mənfəətinin azalması obyektiv səbəblərə görə baş verib.

Ümumilikdə isə 2001-ci ilin iyununda fəaliyyətə başlayandan ARDNF-ə “əsrin müqaviləsi” çərçivəsində 121 mlrd 30 mln vəsait daxil olub.

neft-fond