XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Noyabr 2016 - 11:41

“Russneft” Azərbaycanda yeni qaz yataqları kəşf etdi –Rusiyalı milyarder bu yatağı nə edəcək?

qutseriyev

“Russneft” 2017-ci ildə özünün Azərbaycandakı aktivlərinə 15 mlrd kubmetr qaz tədarük etməyi planlaşdırır

Strateq.az bildirir ki, bu barədə şirkət məlumat yayıb. Şirkət bildirir ki, 2015-ci ildə 15 mlrd kubmetr ehtiyatı olan yataq kəşf edilib.  Bu lay 2017-ci ildə dərin quyu qazılandan sonra ehtiyata çevriləcək. (Turan)

Qiymətləndirmə quyusunun tikintisinin nəticələrinə əsasən, ehtiyatlar balansa tədarük ediləcək. İlkin qiymətləndirməyə əsasən, ehtiyat 15 mlrd kubmetr ola bilər”, – deyə “Russneft” bildirir.

2016-cı ildə şirkət SOCAR-la qazın 1000 kubmetrini $80-a satmaq barədə razılığa gəlib. Amma yeni layların harda kəşf edildiyi açıqlanmır. Turan neft dairələrindən öyrənib ki, söhbət “Zığ” və “Hövsan” yataqlarından gedir.

2014-cü ildə “Russneft” Global Energy Azerbaijan (GEA) Holdings Limiteddə 100% pay alıb. GEA öz törəmə şirkətləri və birgə müəssisələri vasitəsilə PSA sazişlər əsasında SOCAR-la layihələrdə iştirak edir.

“Russneft”in Azərbaycandakı aktivləri Abşeron (quru), Binəqədi, Qarasu, Neftçala və Şirvan bloklarını əhatə edir. “Russneft” “Kura Valley Development Company”də (“Padar” yatağını işləyir) payını 20%-ə endirib.

Azərbaycan aktivlərinin ehtiyatı 10 mln ton neft (1P), 11,2 mln ton neft (2P) və 12,5 mln ton neftdir (3P). 2015-ci ildə “Russneft”in payı da daxil neft hasilatı 535 min ton olub.

 “Russneft”in nizamnamə kapitalının 75%-i “Belyrian Holdings Limited”ə və onun törəmələrinə daxildir. 25% isə İsveçrənin “Glencore” şirkəti və törəmələrinə məxsusdur.