XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

17 Noyabr 2016 - 16:30

Yaşayış minimumu 155 manat olacaq –Milli Məclisdə qanuna dəyişkilk

manat

2017-ci ildə Azərbaycanda yaşayış minimumunun dəqiq rəqəmi açıqlanıb.

Bu barədə Milli Məclisdən məlumat verilib. “2017-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə əsasən, gələn il Azərbaycanda yaşayış minimumunun 155 manat olması təklif edilir. (modern.az)

Layihədə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 12,7% və yaxud 18,5 manat artırılaraq 164,5 manata, pensiyaçılar üçün 13,2% və yaxud 15,2 manat artırılaraq 130,2 manata, uşaqlar üçün isə 16,8% və yaxud 19,6 manat artırılaraq 136,6 manata çatdırılıb.

2017-ci ildə Azərbaycanda ehtiyac meyarının isə builki səviyyədə, yəni 105 manatda saxlanılması təklif olunur. Bu da "2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsində nəzərdə tutulub.

2017-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər artıq Milli Məclisə daxil olub. Xatırladaq ki, bu il üçün yaşayış minimumu 136 manatdır. Başqa sözlə, sözügedən göstərici 14% və yaxud 19 manat artırılır.