XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Noyabr 2016 - 10:09

Manat bu gün nə qədər olacaq? –Məzənnə

bank-merkez

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 18-i ilə müqayisədə dəyişməyərək 1,7091 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,11% zəifləyərək 1,8108 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,76% bahalaşaraq 0,0265 manat təşkil edib.

Türk lirəsinin məzənnəsi 0,1% artaraq 0,5059 manat, Gürcüstan larisinin məzənnəsi 0,1% ucuzlaşaraq 0,6871 manat olub.