XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

21 Noyabr 2016 - 21:34

BP və “Total” Norveç bazarını tərk edir –Səbəb

norvec

Bir sıra nəhəng xarici neft şirkətləri Norveç bazarından ayrıldıqlarını bəyan edib.

Strateq.az Report-a istinadən xəbər verir ki, bu ayrılıq karbohidrogenlərin qiymətinin aşağı olması və nəticədə şirkətlərin hasilatı ixtisar etməyə başlamağa məcbur qalmasıyla bağlıdır.

Artıq xərcləri azaltmaq və səhmlərinin bir hissəsini satmaq istəyini BP, "Exxon Mobil" (ABŞ), "Royal Dutch Shell" (Hollandiya) və "Total" (Fransa) kimi nəhəng neft şirkətləri açıqlayıb. İxtisarlar əsasən kəşfiyyat işləri üzrə xərclərə aiddir.

Neft gəlirlərinin azalması təkcə neft hasil edən şirkətlərin rentabelliyi artırmaq cəhdləriylə bərabər, həm də neft-qaz sektoru işçiləri arasında işəgötürənlərin əmək haqqının azaldılması üzrə planları ilə əlaqədar olaraq etirazlara gətirib çıxarıb.

Norveç hökuməti bu sahəyə dəstəyi artırmaq üçün 2017-ci ildə əlavə 225,6 milyard kron (28 milyard dolları) ayırmaq niyyətindədir. Lakin şelfdə neft və qaz hasilatına ayrılan sərmayə 2017-ci ildə 10%, 2018-ci ildə isə 6,8% azalacaq.

Sahə tənzimləyicisinin qiymətləndirməsinə görə, xarici tərəfdaşların artıq elan etdikləri yataqların dekonstruksiya və konservasiya işləri üzrə xərc 170 milyard kron (20 milyard dolları) təşkil edəcək.