XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Noyabr 2016 - 12:27

Nazirlik 29 sahibkarın ölkədən çıxışına qadağa qoydu –Aralarında 4 əcnəbi də var

vergi

Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin sayı artıb.

Vergilər Nazirliyindən verilən xəbərə görə, 22 noyabr tarixinə vergi borcu olduğuna görə ölkədən çıxışı məhdudlaşdırılan şəxslərin sayı 449-a yüksəlib. Halbuki 17 noyabr tarixinə açıqlanan siyahıda 420 fiziki şəxsin adı qeyd olunub. Beləliklə, 29 nəfərin də vergi borcu ödənmədiyindən onların adları siyahıya əlavə olunub.

Ölkədən çıxışına qadağa qoyulan şəxslər arasında 4 xarici vətəndaş da var.

Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.

APA