XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

22 Noyabr 2016 - 14:44

Qubad İbadoğlu:“Adambaşına düşən xarici borc 1080 dollardır”

qubad-ibadoqlu77

2016-cı il 1 iyul tarixinə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə 10,6 milyard ABŞ dolları məbləğində kredit sazişləri imzalanıb.

Strateq.az xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, bu sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə 7,6 milyard ABŞ dolları olub:

"İmzalanmış sazişlər üzrə istifadə edilmiş kreditlərə görə xarici dövlət borcu ümumi daxili məhsulun 20,0 faizini təşkil edib. Adambaşına düşən xarici dövlət borcu istifadə edilmiş kreditlərə görə 782,6 dollar, imzalanmış sazişlər üzrə 1080 dollar olub.

Həmin tarixə xarici borc üzrə alınan kreditlərin 68,5 faizi ABŞ dolları, 18,3 faizi avro, 3,7 faizi yapon yeni, 1,7 faizi isə digər valyutalar ilə olub.

Ölkəyə cəlb edilmiş kreditlərin 39,2 faizini sabit dərəcə ilə olan kreditlər, 60,8 faizini isə dəyişkən dərəcə ilə olan kreditlər təşkil edib.

Xarici dövlət borcunun 53,2 faizi 10 ilə qədər olan müddətdə, 41,2 faizi 10 ildən 20 ilə qədər olan müddətdə, 5,6 faizi isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır. 2016-cı il 1 iyul tarixinə dövlətin daxili borcu 7,3 milyard manat təşkil edib".