XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

24 Noyabr 2016 - 12:41

OPEC-in baş katibi Azərbaycana gəlir

opek-rehberi

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindonun Azərbaycana səfəri gözlənilir.

Bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev məlumat verib. (Azərtac)

Nazir bu səfərin kartellə əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaradacağı, neft ixrac edən ölkələr sırasında və dünyada Azərbaycanın nüfuzunu daha da artıracağını deyib: “Ümid edirik ki, Neft İxrac Edən Ölkələr Təşkilatı və Azərbaycan arasında sıx əlaqələrin qurulması dialoq və məsləhətləşmələr vasitəsilə dünya iqtisadiyyatında, neft bazarlarında dəyişiklikləri izləyən, onlara operativ reaksiya təklif edən OPEC-lə mütəmadi təcrübə mübadiləsinin aparılmasına imkanlar yaradacaq”