XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

24 Noyabr 2016 - 14:39

Nazim İmanov Çin Universitetində baş məsləhətçi seçilib

nazim-imanov

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutunun direktoru Nazim Müzəffərli (İmanov) Çinin Şanxay Universitetinin nəzdində fəaliyyət göstərən “Elm və ali təhsil sahəsində Beynəlxalq Konsultativ Komitə”nin baş məsləhətçisi seçilib.

İnstitutdan APA-ya verilən xəbərə görə, Şanxay şəhərində  keçirilən “Bir yol – bir zolaq” adlı beynəlxalq konfransda çıxış edən N. Müzəffərli beynəlxalq sərnişin və yük daşımaçılığında Azərbaycanın oynadığı və gələcəkdə oynaya biləcəyi rol haqqında, ölkələrarası nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycanda gerçəkləşdirilən infrastruktur layihələri barəsində ətraflı məlumat verib.

Konfransda Çindən, Mərkəzi Asiya dövlətlərindən, Rusiyadan və Azərbaycandan olan alim və tədqiqatçılarla yanaşı, ÇXR-nın rəsmi dövlət və hökumət nümayəndələri də iştirak edib.