XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2016 - 15:54

On ay ərzində ölkəyə cəmi 4349 maşın gətirilib –İdxal 5 dəfə azalıb

 

masin

2016-cı ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 4349 ədəd avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 19 min 870 ədəd avtomobil və ya 5,57 dəfə azalıb.

Ölkəyə gətirilən avtomobillərin 75 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 3775 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 419 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 80 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.