XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

24 Noyabr 2016 - 23:03

Ekspert Vergi Məcəlləsinə dəyişikliklərtəklif etdi

 

elcin

Zaman-zaman qanun yaradıcılığı ilə məşğul olan və hazırladığı təkliflər paketini müvafiq qurumlara göndərən müstəqil iqtisadçı ekspert Elçin Qurbanov növbəti təşəbbüslə çıxış edib.

Ekspertin Moderator.az-a bildirdiyinə görə, o, artıq bu təkliflərini Vergilər Nazıri Fazil Məmmədova, Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirova və Milli Məclisə göndərib.

İqtisadçının redaksiyamıza təqdim etdiyi təkliflərini ictimai müzakirəyə təqdim edirik:

 

"Milli iqtisadiyyat və iqtisadiyyatın inkişafının strateji yol xəritəsinin başlıca istiqamətlərindən, o cümlədən hədəflərindən biri də sahibkarlığın inkişafı və investisiya mühitinin stimullaşdırılmasıdır. Məlum olduğu kimi dövlətin təsərrüfat fəaliyyəti sahəsinə müdaxiləsinin, habelə iqtisadiyyatı tənzimləmə vasitəsi kimi vergi büdcə mexanizminin mükəmməl təşkili başlıca iqtisadi siyasətin prioritetlərdəndir. Vergi sisteminin iqtisadi mühiti dügün təşviq etməsi, investisiya mühitinə əlverişli şəraitin yaradılması üçün sabit qanunvericilik sistemini və hüququn əsas əlamətlərindən sayılan obyektivliyi, sistemliliyi, ədalətliliyi və normativliyi biznes resurslarının əsaslarından hesab etmək olar. Şübhəsiz ki, sözügedən sahədə də ictimai iştirakın təşkili bu barədə beynəlxalq təcrübənin nəzərə alınması müsbət nəticələrə köklənən amillərdəndir. Dövlətin idarə olunmasında ictimai iştirakın təşkili konstitusiya, qanunlar, bu barədə qəbul olunmuş bir sıra nomativ aktlar və beynəlxalq əməkdaşlığa dair razılaşma sənədlərində öz əksini tapır. Bu reallıq cəmiyyətin hər bir üzvü üçün açıq qapı deməkdir. Mən də müvafiq hüquqlardan istifadə edərək vergi qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə aşağıdakı zəruri hesab etdiyim təklifləri diqqətinizə ərz edirəm. Vergi Məcəlləsinə edilmiş əlavə dəyişiklik (yanvar 2016 –cı ildən qüvvədə olan) vergi ödəyicilərinin ƏDV məqsədləri üçün qeydiyyatının vacib olduğu halda sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun əldə edilməsi ilə bağlı təsbit edilmiş müddəanın məcəllənin bilavasitə əlaqəli müddəalarda qeyd olunmasının zəruriliyi Vergi Məcəlləsinin təkmilləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Son dəyişikliyə əsasən; mad 155.1Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Lakin vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etdiyi halda ƏDV, mənfəət (gəlir) və əmlak vergisini ödəməkdən azaddır. Vergi məcəlləsinə dəyişikliyin məzmunu məcəllənin müvafiq müddəalarında qeyd olunsa da Maddə 199.( Əmlak )Vergi güzəştləri və azadolmalar ), Maddə 102.( Gəlir vergisindən azadolmalar və güzəştlər) , Maddə 106.( mənfəət vergisi -Azadolmalar və güzəştlər ) maddələrin məzmununda öz əksini tapmamışdır. Yəni Gəlir , Mənfəət və Əmlak vergisi üzrə öhdəliklərdən azad olunma və güzəştlər təsbit edilmiş maddələrdə qanunun məzmunu əks edilməsi zəruri olduğu halda əks olunmamışdır. Ona görə də VM-in 199-cu , 102- ci və 106-cı maddələrinə yeni bəndin əlavə edilməsi məqsədəuyğun hesab edilə bilər. Xahiş edirəm həmin əlavənin aşağıdakı məzmunda yazılı ifadəsini təklif kimi nəzərə alasınız !

Təklif olunan əlavə : mad.199.12. bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə edən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər əmlak vergisini ödəməkdən azaddırlar.

Maddə 102. Gəlir vergisindən azadolmalar və güzəştlər 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır.

Təklif olunan əlavə :102.9. bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə edən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (illik) gəlir vergisini ödəməkdən azaddırlar.

Fəsil IX. Hüquqi şəxslərin mənfəət vergisi

Maddə 106. Azadolmalar və güzəştlər

106.1. Vergidən azaddır:

 Təklif olunan əlavə : bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə edən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər mənfəət vergisini ödəməkdən azaddırlar.

—————————————————————————————————-

Sahəvi xüsusiyyətli metodik təklif . VM-in 172. Mad. Agentin həyata keçirdiyi əməliyyatlar. 172.1. Digər şəxsin (vəkalət verən) agenti (vəkalət alan) olan şəxs tərəfindən mallar göndərilməsi, işlər görülməsi və ya xidmətlər göstərilməsi vəkalət verənin həyata keçirdiyi əməliyyat sayılır. Lakin vergi ödəyicisi olan komisyonçu və ya agentin vergi tutulan əməliyyatları müvafiq dövr ərzində ümumi ticarət dövriyyəsi kimi xarakterizə oluna bilir. Bunun üçün vergi orqanına təqdim edilmiş komitent və ya digər (vəkalət verənlə) şəxslə bağlanmış müqavilənin şərtləri əsasında vergitutma bazası müəyyən edilir. Məlum olduğu kimi mad.172.5.5. əsasən Komisyonçunun komitentdən aldığı elektron vergi hesab-fakturası komisyonçuya ƏDV məbləğini əvəzləşdirmək hüququ vermir. Əksinə komisyonçu ƏDV ödəyicisi olduğu halda komitentə təqdim etdiyi elektron vergi hesab fakturası komitent üçün əvəzləşdirmə hüququ verir. Habelə komosyonçu sadələşdirilmiş vergi ödəyicisi olduğu halda belə komisyon qaydada həyata keçirdiyi vergi tutulan əməliyyatların ayrı – ayrılıqda müəyyən edilməsi üçün xüsusi forma mövcud deyil. Əslində belə anlaşma vergitutma bazasının müəyyən edilməsi üçün qismən anlaşılmazlıq və çətinlik yarada bilir. Ona görə də bu maddənin məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının ayrıca müəyyən etdiyi bəyənnamə formasının tərtib edilməsi məqsədəuyğun sayıla bilər. Həmin bəyənnamə formasında komisyonçunun və ya agentin həyata keçirdiyi əməliyyatların 172.5.7. mad. müəyyən edilmiş hallar istisna edilməklə ümumi ticarət dövriyyəsi və komisyonçuya aid (müqavilə üzrə) vergitutma bazasının ayrıca qeyd edilməsi daha məqsədəuyğun sayıla bilər.

 Xahiş edirəm bunu da təklif kimi diqqətinizdə saxlayasınız !

Əvvəlcədən təşəkkür edirəm!"