XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

25 Noyabr 2016 - 11:24

Əmanətlər sığortalanırmı? –Palata rəsmi açıqlama yaydı

sığorta

Maliyyə Bazarlarına Nəzarət Palatası bəzi mətbuat orqanlarında palataya istinadən dövlətin əmanətlərin sığortalanması sistemindən çıxmasına dair yayılan məlumatlara rəsmi reaksiya verib.

Palatadan Strateq.az-a verilən məlumata görə, yayılanlar həqiqəti əks etdirmir. Əmanətlərin sığortalanması sistemi “Əmanətlərin sığortalanması haqqında” və “Əmanətlərin tam sığortalanması haqqında” qanunlarla tənzimlənir. “Əmanətlərin tam sığortalanması haqqında” qanuna əsasən 2016-cı il martın 4-dən etibarən ölkə banklarındakı, qanunvericiliklə müəyyən edilmiş faiz dərəcəsi həddində olan fiziki şəxslərin bütün qorunan əmanətləri qarşıdakı 3 il müddətində tam sığortalanır:

"Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən yalnız vətəndaşların hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, digər bütün hallarda isə normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur".

Bankçılıq Forumunda çıxışı zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Azərbaycanda bank əmanətlərinin sığortalanması sisteminin təkmilləşdirilməsinə və təkcə, əmanətçi olan vətəndaşların deyil, sahibkarların və biznesin vəsaitlərinin qorunmasına ehtiyac olduğunu bildirib.

O, həmçinin qeyd edib ki, dövlət vəsaitləri hesabına Əmanətlərin Sığortalanması Fondunun əlavə kapitallaşmasına ehtiyac var. Yəni, Palata əmanətlərin sığortalanması sisteminin daha da təkmilləşdirilməsini və vətəndaşlarla yanaşı sahibkarlığın da maraqlarının qorunmasını təklif edir.