XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 November 2016 - 14:29

Fond bağlanan bankların əmanətçilərə milyonlar ödədi –SİYAHI

bank-87

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.

Fonddan Strateq.az-a verilən məlumata görə, Parabank ASC-nin qorunan əmanətçilərinə 42 milyon 863 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i), Zaminbank ASC-nin qorunan əmanətçilərinə 52 milyon 334 min manat (ümumi kompensasiya öhdəliyinin 72%-i), Kredobank ASC-nin qorunan əmanətçilərinə 27 milyon 192 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-i) və Dekabank ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 21 min manatdan (ümumi kompensasiya öhdəliyinin 96%-i) artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 125 mln. 410 min manatdan artıq kompensasiya verilib.

Atrabank ASC-nin qorunan əmanətçilərinə 14 milyon 218 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-i), Qafqaz İnkişaf Bankı ASC-nin qorunan əmanətçilərinə 1 mln. 926 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 92%-i) kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. 144 min manatdan artıq kompensasiya ödənilib.

Bank of Azerbaijan ASC-nin qorunan əmanətçilərinə 24 mln. 147 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-i), Gəncəbank ASC-nin qorunan əmanətçilərinə 975 min manat (ümumi kompensasiya öhdəliyinin 94%-i), Texnikabank ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. 81 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. 205 min manatdan artıq kompensasiya ödənilib.

Bank Standard QSC-nin qorunan əmanətçilərinə 421 mln. 884 min manat artıq kompensasiya ödənişi baş tutub. Belə ki, ümumi kompensasiya öhdəliyinin 96%-i əmanətçilərə ödənilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 708 milyon 643 min manatdan artıq kompensasiya ödənilib.