XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

25 Noyabr 2016 - 18:36

“Rusiya istehsalı gündəlik 300 min barrelə qədər azaldacaq” –Nazir şərt qoydu

neft-sazis

"Qlobal miqyasda neft hasilatının səviyyəsinin “dondurulması” istiqamətində hər hansı qərar qəbul olunarsa, Rusiya da öz istehsalını gündəlik 300 min barrelə qədər azaldacaq".

Bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib:.

“Planlarımıza görə, Rusiyanın neft istehsalı gələn il artacaq. Əgər hasilatı indiki səviyyədə tutsaq, biz də bu təşəbbüsə öz töhfəmizi vermiş olarıq. Bu, Rusiyanın neft hasilatının 2017-ci ildə gündəlik 200 min və ya 300 min barrel arasında azaltması deməkdir”.

Nazir Rusiyanın Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr ilə fikir mübadiləsini davam etdirdiyini, eyni zamanda, özü kimi OPEC üzvü olmayan Qazaxıstan və Meksika kimi istehsalçılarla da görüşəcəyini deyib. İstehsalın qlobal miqyasda “dondurulması” məsələsində ABŞ ilə heç bir görüşün olmadığını bildirən A.Novak Norveç ilə aparılan danışıqlar nəticəsində isə, bu ölkənin belə bir addım atmayacağının qətiləşdiyini söyləyib.

Qeyd edək ki, OPEC-ə üzv ölkələr neft hasilatının “dondurulması” barədə qəti qərar qəbul etmək məqsədilə noyabrın 30-də Vyanada toplaşacaq.