XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2016 - 13:17

BP Misirin nəhəng “Zöhr” qaz yatağındaiştirak payı alır

BP şirkətinə Misirin super-nəhəng qaz yatağı olan “Zöhr”də 10 faizlik iştirak payı almaq üçün razılıq verilib.

Azərtac “naturalgasworld.com”a istinadla xəbər verir ki, BP eyni şərtlərlə daha 5 faizlik pay almaq üçün 2017-ci ilin sonuna qədər müraciət edə bilər.

BP şirkətinin baş icraçı direktoru Robert Dadli deyib: “Biz “ENI” şirkəti ilə birgə Misir bazarına mühüm resursları gətirmək üçün sıx əməkdaşlıq edirik”.

Qeyd edək ki, İtaliyanın “ENI” şirkəti “Zöhr” yatağını 2015-ci ilin avqustunda kəşf edib. İndiyədək yataqdan 6 quyu qazılıb. “Zöhr” Aralıq dənizində kəşf olunan ən böyük qaz yatağı kimi qiymətləndirilir. “ENI”nin proqnozlarına görə, yatağın ümumi ehtiyatı 30 trilyon kubmetrdir. Yataqdan ilk təbii qazın hasilatı 2017-ci ildə planlaşdırılır.