XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

26 Noyabr 2016 - 14:39

Azərbaycanda bağlanan 10 bankın əmanətçilərinə 711,6 mln. manatkompensasiya ödənilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 711,557 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 42,868 mln. manat, “Zaminbank” ASC – 52,334 mln. manat, “Kredobank” ASC – 27,192 mln. manat, “Dekabank” ASC – 3,021 mln. manat, “Atrabank” ASC – 14,218 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC – 1,928 mln. manat, “Bank of Azerbaijan” ASC – 24,147 mln. manat, “Gəncəbank” ASC – 975 min manat, “Texnikabank” ASC – 120,081 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 424,791 mln. manat kompensasiya alıblar.