XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2016 - 15:57

9 ay ərzində Azərbaycanın xarici borcu11% artıb

Dollar

2016-cı il oktyabrın 1-nə Azərbaycanın xarici dövlət borcu 7 mlrd. 650,7 mln. dollar (12 mlrd. 402,6 mln. manat) təşkil edir.

Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

2016-cı il yanvarın 1-nə Azərbaycanın birbaşa və zəmanətli xarici borcu 6,9 mlrd. dollar təşkil edib. Beləliklə, 2016-cı ilin yanvar-sentyabr aylarında respublikanın xarici borcu 10,9% artıb.

Nazirliyin məlumatına görə, 2015-ci ili oktyabrın 1-nə Azərbaycanın xarici borcu ÜDM-in 20,1%-ni təşkil edir.