Səudiyyə Ərəbistanı OPEK-ə daxil olmayan ölkələrin neft hasilatını məhdudlaşdırması imkanları ilə bağlı Rusiya ilə planlaşdırılan danışıqlarda iştirakdan imtina edib.
28 noyabrda Vyanada keçirilməsi planlaşdırılan danışıqlardan imtina edilib. Səudiyyə Ərəbistan təmsilçiləri bildirir ki, Rusiya kimi ölkələrlə danışığa başlamazdan qabaq OPEK daxilindəki ixtilaflara son qoymaq vacibdir.
Danışıqların pozulması ilə bağlı informasiyanın meydana çıxması ilə Brent markalı neftin London birjasında qiyməti 3.6% düşərək 47.24 dollar olub.