XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

29 Noyabr 2016 - 13:50

Deputatdan qaz və işığın bahalaşmasına reaksiya:"Axı, büdcəni nə iləsə doldurmaq lazımdır"

araz-elizade

Ötən gün Tarif Şurası təbii qaz və elektrik enerjisinin qiymətini artırıb.

Bahalaşma əhalinin sosial vəziyyətinə necə təsir edəcək? Qiymətlər bahalaşdığı kimi əhalinin maaşları da artacaqmı?

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə Modern.az-a bildirib ki, qiymətlərin bahalaşması normaldır:

"Əlbəttə ki, təbii qaz və elektrik enerjisinin qiymətinin bahalaşması əhalinin vəziyyətini pisləşdirəcək. Amma bu təbiidir. Çünki Azərbaycanın bütün iqtisadiyyatı neftə və qaza köklənib. Neftlə qazın qiymətləri düşdüyünə görə, Azərbaycanın gəlirləri azalır. Büdcəni nə iləsə doldurmaq lazımdır.

Bəzən xəstəni müalicə etmək üçün cərrahiyyə əməliyyatı keçirib onun kor bağırsağını kəsib çıxarırlar. Maaşların artırılması ilə bağlı heç nə deyə bilmərəm. Çünki gələn ilin büdcəsi qəbul edilməyib. Azərbaycan təcrübəsində belə bir hal var ki, hər il prezident əhalinin maaşlarını, gəlirlərini, təqaüdlərini indeksləşdirir”.