XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

30 Noyabr 2016 - 12:29

Maliyyə naziri ölkədə ÜDM-in azalmasınınsəbəblərini izah edib

2016-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda ümumi daxili məhsulun həcmi 49,2 milyard manat təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 3,7 faiz azdır.

Trend-in məlumatına görə, bu sözləri Milli Məclisdə 2017-ci və növbəti 3 il üçün dövlət büdcəsi və social-iqtisadi inkişaf konsepsiyası layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Bu gün Milli Məclisdə iqtisadi siyasət, sənaye və sahibkarlıq, təbii ehtiyatlar, energetika və ekologiya, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, aqrar siyasət, ictimai birliklər və dini qurumlar komitələrinin birgə iclası işə başlayıb.

S.Şərifov deyib: “Hesabat dövründə ölkdə qeyri-neft ümumi daxili məhsulu 6,1 faiz azalıb. Azərbaycanda ÜDM-in azalmasının əsas səbəbləri tikinti sektorunun 27,4 faiz azalması, ölkədə dollarlaşmanın yüksək səviyyəsi, mal dövriyyəsi həcminin azalması, eləcə də bank sektorunun üzləşdiyi çətinliklər və kredit portfelinin keyfiyyətinin pisləşməsi olub”.