XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

30 Noyabr 2016 - 13:19

“Sərt monetar siyasət Dövlət Neft Fondunun aktivlərinin azalmasının qarşısını alıb”- Nazir

"Sərt monetar siyasət Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin azalmasının qarşısını alıb".

Trend-in məlumatına görə, bu sözləri Milli Məclisdə 2017-ci və növbəti 3 il üçün dövlət büdcəsi və sosial-iqtisadi inkişaf konsepsiyası layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Bu gün Milli Məclisdə iqtisadi siyasət, sənaye və sahibkarlıq, təbii ehtiyatlar, energetika və ekologiya, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, aqrar siyasət, ictimai birliklər və dini qurumlar komitələrinin birgə iclası öz işinə başlayıb.

S.Şərifov deyib: "Bu ilin sonuna Dövlət Neft Fondunun aktivləri 3,9 mlrd. ABŞ dolları azalmalı idi. 2016-ci ilin ötən dövründə Azərbaycan Mərkəzi Bankı və hökumətin atdığı addımların və sərt monetar siyasətinin nəticəsi olaraq, Dövlət Neft Fondunun aktivlərində azalmanın qarşısı alınıb".

Nazir həmçinin qeyd edib ki, 2017-ci ildə Dövlət Neft Fondunun gəlirləri 8,37 milyard proqnozlaşdırılır. Bu, 2016-cı il üçün proqnozlaşdırılmış göstəricidən 2,4 dəfə çoxdur.

Onun sözlərinə görə, Dövlət Neft Fondunun xərcləri 6,95 milyard proqnozlaşdırılır. Bu, 2016-cı il üçün proqnozlaşdırılmış göstəricidən 34.6 faiz azdır.