XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2016 - 14:09

İnternet vasitəsilə göstərilən xidmətlərvergiyə cəlb ediləcək

"Azərbaycanın Vergilər Nazirliyi internet vasitəsilə göstərilən xidmətlərin vergiyə cəlb edilməsi məsələsi üzərində daha intensiv işləyəcək".

Trend-in məlumatına görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, elektron ticarətin vergiyə cəlb edilməsi məsələsi çoxdan gündəlikdə duran məsələdir və idarə artıq bir neçə ildir ki, bu istiqamətdə ciddi işlər aparır.

O əlavə edib ki, dünya miqyasında bu artıq uzun müddətdir mövcud olan sabit bir trenddir: "Dünyanın bir çox ölkələrində bu var, artıq yanvarın 1-dən Rusiya da bunun tətbiqinə başlayır".