XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

30 Noyabr 2016 - 17:51

OPEC gündəlik neft hasilatını1,2 mln. barrel azaldacaq

OPEC-in bu gün Vyanada keçirilən sammitində təşkilata daxil olan ölkələrin ümumi neft hasilatının gündəlik 1,2 mln. barrel azaldılması barədə qərar qəbul edilib. 

"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat sammitdə iştirak edən ölkələrdən birinin məsul şəxsi tərəfindən verilib. 

Qeyd edək ki, bir neçə saat bundan əvvəl hasilatın 1,4 mln. barrel/gün azaldılması ilə bağlı müzakirələrin getdiyi açıqlanıb. 

Bununla da OPEC-in gündəlik hasilatı 32,5 mln. barrelə endirməsi qərara alınıb. Açıqlamanın ardından "Brent" markalı neftin qiyməti 50,8 dollar/barrelə enib. Qiymətin 50 dollar/barreldə tarazlıq tapması gözlənilir.