XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

30 Noyabr 2016 - 19:47

Səudiyyə Ərəbistanı qərar verdi:neft hasilatını azaldır

Səudiyyə Ərəbistanı gün ərzində neft hasilatını 10,06 milyon barelə qədər azaldacaq. Trend-in məlumatına görə, bu barədə RİA Novosti OPEK-dəki mənbəsinə istinadən məlumat verib.

Qeyd edək ki, bu gün Venada OPEK-in rəsmi görüşü keçirilir.

Görüşdə OPEK İndoneziyanın təşkilatda üzvlüyünü dayandıraraq onun neft hasilatı üzrə kvotasını kartelin digər üzv ölkələr arasında bölmək barədə qərar qəbul edib.

İndoneziyanın energetika naziri OPEK-də görüşdən öncə bəyan edib ki, ölkəsi neft hasilatının azaldılması ilə bağlı mövqeyini hələ müəyyənləşdirməyib.