XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2016 - 11:30

Azərbaycandan OPEK-in qərarına münasibət:“Qərar uzunmüddətli olsa qiymət sabit qala bilər”

opec

Azərbaycan Energetika Nazirliyi Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) qərarına münasibət açıqlayıb.

Nazirlikdən bildirilib ki, Azərbaycan dünya bazarında neftin qiymətinin sabitləşməsi üçün qəbul edilən istənilən qərarı dəstəkləyir.

Energetika naziri Natiq Əliyev noyabrın 30-da Vyanada OPEC Nazirlər Şurasının 171-ci iclasında neft hasilatının azaldılması ilə bağlı əldə edilən razılığı neft bazarında tarazlığın təmin edilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirib. Bununla yanaşı, energetika naziri hesab edir ki, neftin qiymətində sabitliyə və yüksəlişə yalnız OPEC ölkələrinin sutkalıq hasilatı 1,2 mln. barel azaltmasını nəzərdə tutan qərar uzunmüddətli olacağı təqdirdə nail olmaq mümkündür.

Nazirlikdən bildirilib: "Azərbaycanın mövqeyinə gəldikdə isə hamıya məlumdur ki, ölkə Prezidenti səviyyəsində Azərbaycan öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada bəyan edib. Bir daha vurğalayırıq ki, Azərbaycan neft haslatının artırılması ilə bağlı hər hansı bir tədbir görməyi planlaşdırmır".

OPEC-in dekabrın 9-da kartelə üzv olmayan ölkələrlə nəzərdə tutduğu görüşlə bağlı N.Əliyev bildirib ki, toplantıya dəvət olacağı və iştirakımızın zəruri hesab ediləcəyi təqdirdə Azərbaycan tədbirə qatılacaq: "Hesab edirəm ki, qeyri-OPEC ölkələri üçün hasilatı hansı həcmdə azaltmaqla bağlı məsələlər bu toplantıdakı müzakirə əsasında müəyyənləşəcək. Azərbaycan irəli sürüləcək təklifi qəbul etməyə və beləliklə, neftin qiymətinin artması prosesinə öz töhfəsini verməyə hazırdır".