XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2016 - 14:46

İcra Hakimiyyətləri ilə bələdiyyələrə dotasiya ayrılacaq? –Nazirdən açıqlamalar

samir-sherifov-77

Maliyyə naziri Samir Şərifov Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin və millət vəkili Fəzail Ağamalının yerli icra hakimiyyəti orqanlarına dotasiyasının kəsilməsi ilə bağlı iradlarına cavab verib.

Nazir S.Şərifov bu gün Milli Məclisdə keçirilən Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib ki, regionlara dotasiyaların azaldılması mədəniyyət və təhsil sektorlarının mərkəzləşdirilmiş qaydada idarə edilməsi ilə bağlıdır:

“Bilirsiniz ki, regional idarələr yaradılır və bu idarələr mərkəzləşdirilmiş qaydada maliyyələşdirilir. Həmin qurumlar hesab edir ki, regional idarələrin yaradılması büdcə vəsaitlərinin xərclənməsinin səmərəliliyini artıracaq. Məhz bu səbəbdən də bu zaman struktur dəyişikliklərinin yaranmasına zərurət yaranıb. Bələdiyyələrlə qaldırılan məsələ yeni deyil. Qanunvericilikdə bələdiyyələrə subvensiya verilməsi məsələsi öz əksini tapıb. Amma bu o demək deyil ki, bələdiyyələrə subvensiya verilməlidir”.

Nazir qeyd edib ki, Maliyyə Nazirliyinin subvensiya verilməsi ilə bağlı səlahiyyəti çatmır:

“Bunun üçün hansısa mexanizm olmalıdır. Bu mexanizm olandan sonra büdcədə müəyyən vəsait proqnozlaşdırıla bilər. Bələdiyyələrə kifayət qədər maliyyə vəsaitinin ayrılmaması məsələsinə toxunuldu. Dövlətin bələdiyyələrə maliyyə vəsaitlərinin ayrılması ilə bağlı birbaşa öhdəliyi yoxdur. Buna baxmayaraq, dövlət tərəfindən bu istiqamətdə vəsait ayrılır. Bələdiyyələr müstəqil gəlir imkanlarına malikdir. Düzdür, iri şəhərlərdə gəlir imkanları daha yüksəkdir, bəzi rayonlarda daha azdır. Ancaq rayonlara ayrılan dotasiyaların bölünməsi məsələsinə baxıla bilər”.

Ölkə.az