XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2016 - 10:24

Neftin qiyməti 2009-cu ilin rekordunu yeniləyib –51,68 dollar

oil

Dünya birjalarında neftin bahalaşması davam edir.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,62 dollar artaraq 51,68 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,52 dollar artaraq 54,46 dollar olub.

Brent markalı neftin qiymətində 2009-cu ildən etibarən rekord artım müşahidə olunur. Həftə ərzində Brent markalı neft 12,3%, WTI isə 11,4% bahalaşıb. Neftin ucuzlaşdıran başlıca amil OPEC-ə üzv olan ölkələrin neftin hasilatının azaldılması ilə bağlı əldə etdiyi razılıqdır. (APA)