XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

03 Dekabr 2016 - 15:25

Türkiyədə dolların məzənnəsiazalmağa başlayıb

Türkiyədə ABŞ dollarının məzənnəsi dünən, dekabrın 2-də 3,5966 TRY/USD – tarixi rekord səviyyəsinə yüksəldikdən sonra azalmağa başlayıb. 

"Report" xəbər verir ki, dekabrın 2-də səhər saatlarında Türkiyə prezidenti R.T.Ərdoğanın faizləri endirmək zərurəti ilə bağlı açıqlaması son günlər onsuz da yüksələn dolların məzənnəsini sərt şəkildə artırıb. Açıqlamadan sonra dollar 2,7%-dək artdıqdan sonra əhali və investisiya fondlarının mənfəət məqsədli satışları ilə geriləməyə başlayıb və günü 0,5% artımla 3,52 TRY/USD səviyyəsində bitirib.

"Report"un analitik qrupu dolların məzənnəsinin 3,40 TRY/USD-yə kimi gerilədikdən sonra 2016-cı ili 3,45 TRY/USD səviyyəsinə yaxın bitirəcəyini proqnozlaşdırır.