XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2016 - 18:24

Azərbaycanda bank depozitlərinin gəlirliyikəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının depozit və əmanətlər üzrə orta faiz dərəcəsi bu ilin oktyabr ayında kəskin azalma göstərib.

Hesabat dövründə manat ekvivalentində əmanət və depozitlər üzrə orta faiz dərəcəsi sentyabr ayı ilə müqayisədə 2,44 bənd azalaraq illik 6,31%, xarici valyutada isə 0,4 bənd azalaraq 4,72% təşkil edib.

Kommerisya bankları tərəfindən oktyabrda verilən kreditlər üzrə orta faiz dərəcələri manat və xarici valyuta ekvivalentində müvafiq olaraq illik 12,24% və 9,63% təşkil edib. Xatırladaq ki, sentyabrın 1-nə bu göstərici manatda 12,42%, xarici valyutada isə 10,10% olub. 

"Report"un analitik qrupu bildirir ki, kredit verilməsi qaydalarında sərtləşmə nəticəsində təklif olunan kreditlərin məbləğinin azalması faizlərin aşağı düşməsinə səbəb olub, bu da öz növbəsində depozit və əmanətlər üzrə faiz dərəcələrini aşağı salıb.