XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Dekabr 2016 - 18:37

Qeyri-OPEC ölkələrində hasilat:Vyanada müzakirə olunacaq

OPEC təşkilatına üzv olan və digər neft hasil edən ölkələr hasilatın azaldılması ilə bağlı dekabrın 10-da Vyanada keçiriləcək toplantıda yekun razılığa gələ bilər.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. 

Agentliyin iki mənbədən aldığı məlumata görə, daha əvvəl görüşün Moskvada baş tutacağı bildirilsə də, sonradan planlar dəyişib. Daha əvvəl isə görüşün dekabrın 9-da Dohada keçiriləcəyi ilə bağlı xəbər yayılmışdır.

Qeyd edək ki, noyabrın 30-da OPEC üzvü olan ölkələrin Vyana sammitində neft bazarında qiymətlərin sabitləşməsi məqsədilə hasilatın 1,2 mln. barel/gün azaldılması qərara alınıb. OPEC üzvü olmayan ölkələr üçün isə hasilatın 0,6 mln. barel/gün azaldılması təklifi irəli sürülüb. Məhz bu təklifin dekabrın 10-da OPEC üzvü olmayan ölkələr tərəfindən razılaşdırılması gözlənilir.