XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2016 - 20:28

Azərbaycan Rusiyadan 5,5 min ton şəkəridxal edib

2016-cı ilin avqust-noyabr aylarında Rusiya 50 min tondan artıq şəkər ixrac edib.

RİA “Novosti” xəbər verir ki, bunu Rusiya Şəkər İstehsalçıları Birliyinin İdarə Heyətinin sədri Andrey Bodin bildirib.

Onun sözlərinə görə, Rusiyadan ən çox şəkər idxal edən Qazaxıstandır. Hesabat dövründə bu ölkəyə 25 min ton şəkər ixrac olunub. Siyahıda ikinci yeri 16 min ton şəkər idxal edən Tacikistan tutur.

Sədr qeyd edib ki, qeyd edilən müddət ərzində Azərbaycan Rusiyadan 5,5 min ton şəkər idxal edib.

A.Bodin əlavə edib ki, mövsüm ərzində Rusiya 350 min ton şəkər ixrac etmək niyyətindədir. Onun sözlərinə görə, bu il Rusiyada şəkər istehsalı 5,6 mln. ton səviyyəsində proqnozlaşdırılır.