XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2016 - 12:31

Dünya Bankı biznes mühiti ilə bağlı hesabatını açıqlayıb –Azərbaycan nəyə görə “ilk beşik”dədir?

dunya-banki

Dünya Bankı 2016-cı il üçün 190 ölkənin biznes mühitini qiymətləndirən "Doing Business 2017" hesabatını açıqlayıb.

Strateq.az bildirir ki, bu barədə Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Samirə Musayeva deyib: “Ötən il ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində "Xarici ticarətin aparılması", "Vergilərin ödənilməsi", "Elektrik təchizatı şəbəkələrinə qoşulma", "Əmlakın qeydiyyatı", "Kiçik investorların maraqlarının qorunması", "Müqavilələrin icrasının təmin edilməsi" indikatorları üzrə Azərbaycan öz mövqeyini daha da yaxşılaşdırıb”.

Onun sözlərinə görə, həmçinin ölkəmiz "Biznesə başlama" göstəricisi üzrə Azərbaycan biznesin qeydiyyatını sadələşdirməklə dünyada ilk beşliyə daxil olub və ən yaxşı təcrübəyə malik ölkələrdən biri kimi qeyd edilib: “Vergi sahəsində aparılan islahatların davamı olaraq prezidentin 4 avqust 2016-cı il tarixli “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Sərəncamı olunub. Qanunvericilikdə edilmiş mövcud dəyişikliklər, habelə vergi sahəsində aparılan islahatlar sahibkarlıq sahəsində əlverişli vergi mühitinin yaradılmasına, İqtisadiyyata investisiya qoyuluşunun artırılmasına və ixrac yönümlü istehsalın stimullaşdırılmasına şərait yaradıb”, — deyə o bildirib.