XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2016 - 14:51

16 aylıq fasilədən sonra neftin qiyməti 55 dolları keçdi

neft

Dünya birjalarında neft bahalaşmaqdadır.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,46 dollar artaraq 52,14 dollar təşkil edib. (APA)

 ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,60 dollar artaraq 55,06 dollar olub.

 Beləliklə, Brent markalı neftin qiyməti 16 aylıq aradan sonra 55 dollar həddini ötüb. Neftin bahalaşmasına OPEC üzvlərinin Vyana görüşündə hasilatın azaldılmasına dair əldə etdiyi razılaşma səbəb olub.

 Düzdür, bugünkü ticarət sessiyanın açılışında neftin qiyməti neqativ dinamika nümayiş etdirib.