XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

23 Mart 2015 - 06:25

Neftlə bağlı bədbin proqnoz

“Səudiyyə Ərəbistanı ucuzlaşmış neftin qiymətini qaldırmaq məsuliyyətini təkbaşına üzərinə götürə bilməz”.

ANS PRESS-in məlumatına görə, bunu Səudiyyə Ərəbistanın neft naziri Ali bin İbrahim əl Naimi bildirib.

Nazir deyib ki, OPEK bütün dünya neftinin yalnız 30 faizini verir və neftin qiymətinin artmasını istəyiriksə, 70 faizi verən qeyri-OPEK ölkələri də hərəkət etməlidir: “Neftin qiymətinin aşağı olmasının siyasətlə heç bir əlaqəsi yoxdur. Hazırda krallığın günlük neft istehsalı 10 milyon barreldir və əgər müştərilərdən tələb olarsa, bu rəqəm artırıla bilər. Hələlik tələbat yoxdur”.

Ekspertlərin fikrincə, neft qiymətlərinin aşağı səviyyədə qalması əsas etibarilə Səudiyyə Ərəbistanının istehsalı azaltmaq istəməməsi ilə bağlıdır.

OPEK-in rəhbəri Məhəmməd əl-Madi bir barrel neftin qiymətinin yenidən 100-120 dollara qaldırmağın çox çətin olacağını deyib.

Xatırladaq ki, Brent markalı neftin qiyməti hazırda bir barrel üçün 55 dollar təşkil edir.