XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

06 Dekabr 2016 - 12:29

“2017-ci il və qarşıdakı 3 il ərzində iqtisadi artım proqnozlaşdırılır”Oqtay Əsədov

oqtay

“Dünyanın əksər ölkələrinin iqtisadiyyatında mənfi tendensiyalar, makroiqtisadi problemlər Azərbaycan iqtisadiyyatına da təsir edib”. 

 Bunu Milli Məclisin iclasında sədr Oqtay Əsədov deyib.

O bildirib ki, neftin qiymətinin 3 dəfə aşağı düşməsi Azərbaycanın valyuta gəlirlərinin azalmasına səbəb olub:

“Buna görə də Azərbaycan Mərkəzi Bankının monetar siyasətində müvafiq dəyişiklik edilməsi zərurəti yaranıb. Azərbaycan prezidentinin düşünülmüş və uğurlu siyasəti nəticəsində mövcud problemlərə baxmayaraq, ölkə iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlayıb. 2017-ci il və qarşıdakı 3 il ərzində iqtisadi artım proqnozlaşdırılır. Gələn ilin dövlət büdcəsində qeyri-neft sektorundan daxilolmaların artırılması nəzərdə tutulur. Dövlət Neft Fondundan transfertlər 1,5 milyard manat azaldılaraq 6,1 milyard manat proqnozlaşdırılır. Dövlət Neft Fondundan transfertlərin azaldılması yaxın illərdə də davam edəcək”.

APA