XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

06 Dekabr 2016 - 13:13

Tarif Şurasının qərarı büdcəyə necə təsir edəcək? –Nazir açıqladı

Samir

2017-ci il üçün dövlət büdcəsinin gəlir və xərcləri artırılması təklif olunur. 

Bunu Milli Məclisinin plenar iclasında 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, Tarif Şurasının bəzi kommunal xidmətlərin qiymətlərinin differensiallaşdırılması ilə əlaqədar gələn ilin dövlət büdcəsində gəlir və xərclər 300 mln. manat artırılıb.

Başqa sözlə, gələn ilin dövlət büdcəsinin gəlirləri 1,88%, xərcləri isə 1,81% artırılıb. Bununla da, gələn il dövlət büdcəsinin gəlirləri 16 mlrd. 255 mln. manat, xərcləri 16 mlrd. 900 mln. manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 mlrd. 634 mln. 706 min manat, yerli gəlirləri 620 mln. 294 min manat, mərkəzləşdirilmiş xərcləri 16 mlrd. 211 mln. 286 min manat, yerli xərcləri 688 mln. 714 min manat) məbləğində nəzərdə tutulur.

Qeyd edək ki, buna qədər gələn il dövlət büdcəsinin gəlirləri 15 mlrd. 955 mln. manat, xərcləri 16 mlrd. 600 mln. manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 334 706,0 min manat, yerli gəlirləri 620 294,0 min manat, mərkəzləşdirilmiş xərcləri 15 911 286,0 min manat, yerli xərcləri 688 714,0 min manat) məbləğində nəzərdə tutulmuşdu.

APA