XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2016 - 12:05

“Azərenerji”nin kredit reytinqineqativə endirildi

“Fitch” beynəlxalq reytinq agentliyi “Azərenerji” ASC-nin əvvəlki kimi emitentin uzunmüddətli defolt reytinqini “BB+”, qısamüddətli defolt reytinqini “B”, reytinq üzrə proqnozu isə “neqativ” kimi təsdiq edib.

Bu barədə məlumat “Fitch” agentliyinin hesabatında verilib.

Agentlik “Azərenerji” ASC-nin reytinqini bu səviyyədə təsdiq etməsini şirkətin Azərbaycan hökuməti tərəfindən hüquqi, strateji və əməliyyat dəstəyi ilə əlaqələndirib. Belə ki, “Fitch”in Azərbaycana verdiyi kredit reytinqi də “BB+” və proqnoz “neqativ”dir.

Hesabatda bildirilir ki, 2015-ci ilin sonuna şirkətin faiz borcları istisna olmaqla vaxtı keçmiş borclarının 91%-nə dövlət tərəfindən zəmanət verilib. Borcların 8,5%-lik hissəsinə isə Maliyyə Nazirliyi tərəfindən zəmanətlidir. Agentlik, həmçinin qeyd edir ki, “Azərenerji”yə verilən “neqativ” proqnoz Azərbaycanın müstəqil reytinqinin proqnozunu əks etdirir.