XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2016 - 16:51

Commerzbank:"2017-ci ildə qızılın bir unsiyası 1300 dollar olacaq"

“Commerzbank”ın analitikləri Eugen Veinberg və Carsten Fritşin hesabatına əsasən, 2017-ci ilin son rübündə qızılın bir unsiyasının qiyməti 1300 dollara, 2018-ci ildə isə 1400 dollara çatacaq.

Azərtac “Haber7.com” saytına istinadla verdiyi xəbərə görə, E.Veinberg qeyd edib ki, bazarlardakı saysız-hesabsız qeyri-müəyyənliklər riskdən qaçış zamanı yaranan yeni bir artımı hər an dəstəkləyə bilər.

Bu qeyri-müəyyənliklər Donald Trampın Çin ilə ticarət rəqabətinə girmək qərarı, Avropada seçkilərdə meydana gələn qeyri-müəyyənliklər və İtaliya bank sektorunun bazar sabitliyi üzərində yaratdığı risklər ola bilər.